muzey kompleksinə daxil olan
Abidələr
 
fond materiallarının
    unikal
Kolleksiyası
 
İş rejimi
Hər gün: 1000 - 1800
Biletləri
kassadan ala bilərsiniz
 



Xəbərlər
18.10.2012
 
Bu gün Şirvanşahlar saray kompleksində “Dədə Qorqud yurdu – Bayburt. Azərbaycan və Türkiyə mədəni əlaqələri” mövzusunda seminar keçirildi. Seminar MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Türkiyənin Bayburt Bilim, Eğitim və Kültür Dərnəyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 21-ci ildönümünə həsr edilmiş mədəni-kütləvi tədbirlər çərçivəsində gerçəkləşdi. Seminarın keçirilməsinə İçərişəhər Dövlət Qoruğu İdarəsi böyük dəstək verdi. Seminarlarda Azərbaycan Respublikası EA-nın müxbir üzvü, professor Vəli Əliyev, Ağsu arxeoloji ekspedisiyasının rəisi professor Qafar Cəbiyev, İçərişəhər Dövlət Qoruğu İdarəsinin elm şöbəsinin əməkdaşı professor Kamil İbrahimov çıxış etdilər. Türkiyə BEKDER Dərnəyinin sədri Mete Emir “Türk dünyasının ortaq atası Dədə Qorqud və Bayburt”, Bayburt İl Turizm və Kültür müdiri Adnan Okumuş “Türk turizminin qala şəhəri Bayburt və turizm potensialları”, Bayburt Ticarət və Sənaye Odası baş katibi Gokhan Önder Karaoğlunun "Türkiyə-Azərbaycan əlaqələrinin dünəni, bugünü və sabahı” mövzusunda məruzələri dinlənildi. Tədbir çərçivəsində tanınmış türk rəssam-fotoqrafları Zeynal Abidin Öztürkün və Ferudin Hacıhasanzadenin əsərlərindən ibarət sərgi nümayiş olundu. Daha sonra Bayburt Bələdiyyəsi Musiqi Qrupunun üzvləri, türk pop musiqisi ifaçıları Murat Türkoğlu, Ərtoğrul Bayhan, Əmrə Çikotun və MİRAS musiqi qrupunun bayram konserti təqdim olundu. Konsertdə İçərişəhər Dövlət Qoruğu İdarəsinin musiqi kollektivləri də çıxış etdilər. Məlumat üçün bildirək ki, bu ilin yazında MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin nümayəndə heyəti də Bayburtda keçirilən XVIII Beynəlxalq Dədə Qorqud festivalında iştirak etmişdi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
Saytımıza xoş gəlmişsiniz !
 
Bakının tarixi özəyi olan «İçəri şəhəri»-in ən yüksək təpəsi üzərində yerləşən, «Daşlar üzərində donub qalmış simfoniya», «Yatmış qu quşu», «Xəzər dənizinin mirvarisi» adlarını daşıyan Şirvanşahlar Sarayı Azərbaycan torpağının son dərəcə gözəl, nadir memarlıq incilərindən, milli dəyərlərindən biridir. Bədii düha və xalq sənətkarlığının incəliklərindən bəhrələnmiş Azərbaycan saray inşaatının ən dəyərli nümunəsi olan, dövlətçilik rəmzimiz - Şirvanşahlar Sarayı xalqımızın maddi və mənəvi mədəniyyətinin qızıl fondudur.
      Şirvanşahlar Sarayı Kompleksi 1957-ci il aprelin 23-də Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı sərəncamı ilə qoruq elan edilmişdir.
"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi - memarlıq qoruq - muzeyi 1964-cü ilin yanvar ayının 3-də Nazirlər Sovetinin 3 saylı sərəncamı ilə yaradılmışdır.
"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi - memarlıq qoruq - muzeyinin 1964-cü ildən fəaliyyət göstərən «Qız Qalası» adlı filialı mövcuddur.
 
» daha ətraflı