muzey kompleksinə daxil olan
Abidələr
 
fond materiallarının
    unikal
Kolleksiyası
 
İş rejimi
Hər gün: 1000 - 1800
Biletləri
kassadan ala bilərsiniz
 



Xəbərlər
31.05.2012
 
Qoruq-muzeyin direktoru R.Rzayeva mayın 31-də UNESCO-nun Türkiyə Milli Komitəsinin dəvəti ilə “Sənətdə Qadının Yeri” adlı beynəlxalq konfransda uğurla məruzəçi qismində iştirak etmişdir. Mayın 30-u “Dəyirmi masa”da, 31-i eyniadlı beynəlxalq konfransda, elə həmin gün axşam isə mətbuat konfransında Azərbaycanın qadın sənətkarlarını təmsil etmişdir. Məruzədə xalqımızın sənətkarlıq tarixinin qədimliyi, el sənətkarlığı növlərimizin yaşadılmasında Azərbaycan Qadınının rolunun böyüklüyü vurğulanmışdır. Ən əsası isə demokratik quruluşlu vətəndaş cəmiyyətini bərqərar edən respublikamızda el sənətkarlığımızın inkişafına dövlət səviyyəsində qayğı və dəstək olduğu, bundan əlavə, Azərbaycan cəmiyyətinin elitasını təşkil edən xanımlarımızın əksəriyyətinin yaradıcı şəxsiyyətlərdən ibarət olduğu qeyd edilmişdir. Konfrans zamanı yaradıcı qadınların əl işlərindən ibarət sərgi də təşkil edilmişdir. Azərbaycan xanımlarının əl işlərinə böyük maraqla baxılmışdır. Məruzə çox maraqla dinlənilmiş, konfransın bağlantısında qoruq-muzeyin direktoru R.Rzayevaya Türkiyənin məşhur mozaika ustası Aysel Bəygünün “Yakamos” sənət əsəri hədiyyə edilmişdir. R.Rzayeva Bakıya döndükdən sonra, UNESCO-nun Türkiyə Milli Komitəsinə üzv olan Cəfərağa Mədrəsəsinin Qadın İxtisas Komitəsindən toplantıya qatıldığına və bədii yaradıcılıq növlərinin uğurlu təqdimatına görə təşəkkür məktubu almışdır.

    Təqdimatı yüklə


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
Saytımıza xoş gəlmişsiniz !
 
Bakının tarixi özəyi olan «İçəri şəhəri»-in ən yüksək təpəsi üzərində yerləşən, «Daşlar üzərində donub qalmış simfoniya», «Yatmış qu quşu», «Xəzər dənizinin mirvarisi» adlarını daşıyan Şirvanşahlar Sarayı Azərbaycan torpağının son dərəcə gözəl, nadir memarlıq incilərindən, milli dəyərlərindən biridir. Bədii düha və xalq sənətkarlığının incəliklərindən bəhrələnmiş Azərbaycan saray inşaatının ən dəyərli nümunəsi olan, dövlətçilik rəmzimiz - Şirvanşahlar Sarayı xalqımızın maddi və mənəvi mədəniyyətinin qızıl fondudur.
      Şirvanşahlar Sarayı Kompleksi 1957-ci il aprelin 23-də Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı sərəncamı ilə qoruq elan edilmişdir.
"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi - memarlıq qoruq - muzeyi 1964-cü ilin yanvar ayının 3-də Nazirlər Sovetinin 3 saylı sərəncamı ilə yaradılmışdır.
"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi - memarlıq qoruq - muzeyinin 1964-cü ildən fəaliyyət göstərən «Qız Qalası» adlı filialı mövcuddur.
 
» daha ətraflı