muzey kompleksinə daxil olan
Abidələr
 
fond materiallarının
    unikal
Kolleksiyası
 
İş rejimi
Hər gün: 1000 - 1800
Biletləri
kassadan ala bilərsiniz
 



Abidələr
 
Şirvanşahlar Sarayının tarixindən
 
Azərbaycanın orta əsr memarlığının şah əsərlərindən biri olan Şirvan hökmdarlarının  iqamətgahı – Şirvanşahlar Sarayı Kompleksi Bakının tarixi özəyi olan «İçəri şəhər»də dominant rol oynayır. Şirvanşahlar dövləti VI əsrin I yarısında Azərbaycanın şimali-şərq bölgəsində XVI əsrədək hökm sürmüş ən böyük feodal dövləti olmuşdur. Onun sərhədləri şimaldan Samur çayı, Dərbəndlə, şərqdən Xəzər dənizi, cənubdan Kür çayı, qərbdən isə Şəki, Gəncə  ilə əhatələnmişdi.
      Bu dövlətin güclü, qüdrətli, son dərəcə savadlı hökmdarları olmuşdur. Axsitan, Fəriburz, Şeyx İbrahim, Xəlilullah və digərləri görkəmli diplomat və dövlət başçıları olmaqla bərabər, həm də bacarıqlı sərkərdələrdi.
      Şirvan dövlətinin ilk paytaxtı Şamaxı şəhəri olmuşdur. Artıq XIII-XV əsrlərdə Şamaxı beynəlxalq ipək ticarətində əhəmiyyətli mövqe tuturdu. «Talaman ipəyi» adıyla məşhur olan Şirvan ipəyi Kiçik Asiyaya, Suriyaya, İtaliyaya, Çinə, İngiltərəyə və bir çox başqa ölkələrə göndərilirdi.
      Seysmik zonada yerləşən Şamaxı 1192-ci ildə zəlzələdən dağıldıqdan sonra Şirvanşah I Axsitan Bakı şəhərini öz iqamətgahına çevirmiş və Bakı həmin vaxtdan Şirvanşahlar dövlətinin  II paytaxtı olmuşdur.
 
      İki şahın – Şirvanşah İbrahimin və onun oğlu Şirvanşah I Xəlilullahın dövründə saray şairi olmuş Bədr Şirvaninin yazdığına görə, Şirvanşahlar dövlətinin bayrağı qızılı rəngdə olmuşdur.
 
      İki şir və onların arasında bir öküz başının təsviri isə Şirvanşahlar dövlətinin gerbidir. Təsvirdəki şirlər Şirvanşahlar dövlətinin güc və qüdrətinin, öküz başı isə ölkədəki bolluğun rəmzi idi.
      Hal-hazırda saray kompleksinin ümumi sahəsi 0.7 ha-dır. Bütün Yaxın Şərqdə özünün analoquna malik olmayan bu kompleksdə 52 sayda otağı olan saray binası, hələ orta əsrlərdən xarici alim və səyahətçiləri valeh etmiş «Divanxana», ərəb dilində yazmış olduğu elmi əsərləri hazırda dünya kitabxana və muzeylərini bəzəyən XV əsr saray alimi Seyid Yəhya Bakuvinin türbəsi, «Şərq» portalı, gözəl memarlıq elementləri ilə diqqəti cəlb edən saray məscidi, şahın ailəsinə mənsub türbə, maraqlı şərq memarlıq xüsusiyyətlərini özündə daşıyan qədim saray hamamı, 34 sayda pilləsi olan büllur sulu yeraltı su anbarı – şah ovdanı vardır.
 
Saray binası
Saray binası
Divanxana
Divanxana
Seyid Yəhya Bakuvi türbəsi
Seyid Yəhya Bakuvi türbəsi
Keyqubad məscidinin fraqmentləri
Keyqubad məscidinin fraqmentləri
Səbayıl kitabələri
Səbayıl kitabələri
Şərq portalı
Şərq portalı
Saray məscidi
Saray məscidi
Şirvanşahlar türbəsi
Şirvanşahlar türbəsi
Saray hamamı
Saray hamamı
Saray ovdanı
Saray ovdanı
 
 
Saytımıza xoş gəlmişsiniz !
 
Bakının tarixi özəyi olan «İçəri şəhəri»-in ən yüksək təpəsi üzərində yerləşən, «Daşlar üzərində donub qalmış simfoniya», «Yatmış qu quşu», «Xəzər dənizinin mirvarisi» adlarını daşıyan Şirvanşahlar Sarayı Azərbaycan torpağının son dərəcə gözəl, nadir memarlıq incilərindən, milli dəyərlərindən biridir. Bədii düha və xalq sənətkarlığının incəliklərindən bəhrələnmiş Azərbaycan saray inşaatının ən dəyərli nümunəsi olan, dövlətçilik rəmzimiz - Şirvanşahlar Sarayı xalqımızın maddi və mənəvi mədəniyyətinin qızıl fondudur.
      Şirvanşahlar Sarayı Kompleksi 1957-ci il aprelin 23-də Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı sərəncamı ilə qoruq elan edilmişdir.
"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi - memarlıq qoruq - muzeyi 1964-cü ilin yanvar ayının 3-də Nazirlər Sovetinin 3 saylı sərəncamı ilə yaradılmışdır.
"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi - memarlıq qoruq - muzeyinin 1964-cü ildən fəaliyyət göstərən «Qız Qalası» adlı filialı mövcuddur.
 
» daha ətraflı