muzey kompleksinə daxil olan
Abidələr
 
fond materiallarının
    unikal
Kolleksiyası
 
İş rejimi
Hər gün: 1000 - 1800
Biletləri
kassadan ala bilərsiniz
 



Tariximiz
 
 
Saytımıza xoş gəlmişsiniz !
 
 
       Bakının tarixi özəyi olan «İçəri şəhəri»-in ən yüksək təpəsi üzərində yerləşən, «Daşlar üzərində donub qalmış simfoniya», «Yatmış qu quşu», «Xəzər dənizinin mirvarisi» adlarını daşıyan Şirvanşahlar Sarayı Azərbaycan torpağının son dərəcə gözəl, nadir memarlıq incilərindən, milli dəyərlərindən biridir. Bədii düha və xalq sənətkarlığının incəliklərindən bəhrələnmiş Azərbaycan saray inşaatının ən dəyərli nümunəsi olan, dövlətçilik rəmzimiz -  Şirvanşahlar Sarayı xalqımızın maddi və mənəvi mədəniyyətinin qızıl fondudur.
 
      Şirvanşahlar Sarayı Kompleksi 1957-ci il aprelin 23-də Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı sərəncamı ilə qoruq elan edilmişdir.
"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi - memarlıq qoruq - muzeyi 1964-cü ilin yanvar ayının 3-də Nazirlər Sovetinin 3 saylı sərəncamı ilə yaradılmışdır.
"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi - memarlıq qoruq - muzeyinin 1964-cü ildən fəaliyyət göstərən «Qız Qalası» adlı filialı mövcuddur.
1969-cu ildən "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi - memarlıq qoruq-muzeyinin filialı kimi fəaliyyətə başlamış «Atəşgah» muzeyi 19 dekabr 2007-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Bakı şəhəri Suraxanı rayonunda Atəşgah məbədi ərazisinin «Atəşgah məbədi» Dövlət tarix-memarlıq qoruğu elan edilmişdir. «Atəşgah məbədi» hazırda  müstəqil fəaliyyət göstərir.
 

 

 

 

 
      «Şirvanşahlar Sarayı Kompleksi» Dövlət tarixi-memarlıq qoruq-muzeyi 1974-cü ildə keçmiş sovetlər ittifaqı miqyasında II, 1976-cı ildə isə I dərəcəli muzeylər səviyyəsinə qalxmışdır. Sonrakı illərdə - 1994-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirinin 08.02.1994-cü il tarixli, 33 saylı əmri ilə «Şirvanşahlar Sarayı Kompleksi» Dövlət tarixi-memarlıq qoruq-muzeyi respublika əhəmiyyətli aparıcı muzeylər kateqoriyasına aid edilmişdir.
 
      Abidələrin təbliği və qorunması "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi - memarlıq qoruq - muzeyinin əsas fəaliyyət  növüdür.
Qoruq-muzey yarandığı gündən fəaliyyətinin ekskursiya, mühazirə, stasionar və səyyar sərgi, «açıq qapı», musiqi günləri: «şərq gecələri», «muğam axşamları», vətənpərvərlik dərsləri  kimi müxtəlif forma və metodlarından istifadə etməklə bu gün ümumdünya şöhrəti qazanmışdır. Azərbaycanın orta əsr tarixini məktəblilərə əyani surətdə qoruq-muzeydə açıq səma altında keçən elmi personalımız həm də böyük maarifləndirici iş aparır, viktorina və müsabiqələr, konfrans, treninq və dəyirmi masalar təşkil edir. Elmi personalımız, eləcə də Şirvanşahların orta əsrlərdə qarət edilib aparılmış varidatnın aşkarlanması üzərində çalışır, ilk mənbələr, məsələn 2 şahınn: Şirvanşah I İbrahimin və Şirvanşah I Xəlilullahın dövründə saray şairi olmuş Bədr Şirvaninin bədii irsi-«Divanı» tədqiq edilir. Qoruq-muzey dünya muzeyləri ilə sıx əməkdaşlıq əlaqələri saxlayır : Rusiya Federasiyasının, MDB dövlətlərinin, Türkiyə, İran, Amerika, İngiltərə, İtaliya, Yaponiya, Norveç muzeyləri ilə təcrübə mübadiləsi aparır. 2009-cu ilin may ayında "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi - memarlıq qoruq - muzeyi özünün təsis edilməsinin 45 illiyi ərəfəsində 15 milyonuncu fəxri tamaşaçısını təntənəli surətdə qəbul etmişdir.

 

 

 

 
 
       Qoruq-muzeyin ümumi sahəsi-2232 kv.m
       Əməkdaşların sayı-76, onlardan 32-si elmi işçi     
 
       "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi - memarlıq qoruq-muzeyinin   fondlarında 42556 vahid  maddi-mədəniyyət nümunəsi qorunub saxlanılır;
       onlardan 22 690 vahidi əsas fonda daxildir.
 
       Fondlarımız əsas, elmi-köməkçi, elmi arxiv, mübadilə və müvəqqəti saxlama fondundan ibarətdir.
 
       Ən unikal kolleksiyalarımız:
       Tətbiqi-sənət - 1400 vahid
       Foto - 4284 vahid
       Qrafika -1562 vahid
       Numizmatika - 2019 vahid
       Arxeologiya - 4600 vahid
 
 
 
Xəbərlər
18.10.2012
Bu gün Şirvanşahlar saray kompleksində “Dədə Qorqud yurdu – Bayburt. Azərbaycan və Türkiyə mədəni əlaqələri” mövzusunda seminar keçirildi. Seminar MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Türkiyənin Bayburt Bilim, Eğitim və Kültür Dərnəyinin təşkilatçılığı ilə ...
15.06.2012
 Qoruq-muzeyin illik iş planına əsasən, 15 İyun Milli qurtuluş gününə hazırlıq işləri görülmüş, həmin gün haqqında informasiya hazırlanaraq, turistlər və muzeyə təşrif gətirən bütün ziyarətçilərlə ünsiyyətdə olan, onlara mədəni xidmət göstərən əməkdaşlara paylanmışdır. İyunun 14-də sarayın Ziyafət zalında böyük ekran qoyulmuş, Milli qurtuluş gününə həsr edilmiş “Ümummilli liderimiz Heydər Əliyev cənabları Şirvanşahlar Sarayında” adlı fotolardan ibarət slayd-şou təşkil edilmişdir
01.06.2012
 1 İyun Uşaqların Beynəlxalq Müdafiə günü “İçərişəhər”in 46 saylı Uşaq bağçasının kiçik sakinləri  qoruq-muzeyə dəvət edimişlər. “Can bala” uşaq qrupunun ifa etdikləri nəğmə sədaları altında balaca şirin balalar əylənib oynamış, şe`rlər söyləmişlər. Ən maraqlısı isə tədbir vaxtı muzeyə gəlmiş xaricilərin azyaşlı övladlarının da Azərbaycanlı uşaqlara qoşularaq oynaması olmuşdur. Onlar, hətta tədbiri tərk edib valideynləri ilə də getmək istəmirdilər. Sonda uşaqlar muzeylə tanış olmuş, onlara tədbirdən xatirə fotolar və şarlar hədiyyə edilmişdir.
31.05.2012
Qoruq-muzeyin direktoru R.Rzayeva mayın 31-də UNESCO-nun Türkiyə Milli Komitəsinin dəvəti ilə “Sənətdə Qadının Yeri” adlı beynəlxalq konfransda uğurla məruzəçi qismində iştirak etmişdir. Mayın 30-u “Dəyirmi masa”da, 31-i eyniadlı beynəlxalq konfransda, elə həmin gün ...