muzey kompleksinə daxil olan
Abidələr
 
fond materiallarının
    unikal
Kolleksiyası
 
İş rejimi
Hər gün: 1000 - 1800
Biletləri
kassadan ala bilərsiniz
 



Xəbərlər
18.05.2012
 
  18 May “Beynəlxalq Muzeylər günü” münasibətilə “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi  “İçərişəhərdə” 4 möcüzəli, qeyri-adi üslubda ekskursiya keçirmək məqsədilə müsabiqə elan etmişdir. Ekskursiyalar  “Qız qalası”, “Xanəgah” və “Numizmatika” ekspozisiyalarında, “Şirvanşahlar Sarayı”nda keçirilmişdir. Müsabiqədə iştirak etmək üçün qoruq-muzeyin gənc ekskursiyaçılarına   müdiriyyət tərəfindən tövsiyələr verilmişdir. Həmçinin həmin gün qoruq-muzeydə saat 1200-da “Muzeylər gecəsi” mövzusunda tədbir keçirilmişdir. Bakı Humanitar Kollecinin müəllim və tələbə heyətinin hazırladıqları “Muzeylər gecəsi” adlı ədəbi-bədii kompozisiya və “Xəzər” Universitetinin rəqs qrupunun çıxışı gələn qonaqlara təqdim edilmiş, qoruq-muzeyin fondlarından memar, professor Qəzənfər Əlizadənin qrafik əsərlərindən ibarət sərgi  nümayiş olunmuşdur. Sonda Şirvanşahlar Sarayı və “İçəri şəhər”in abidələri ilə tanışlıq məqsədilə ekskursiyalar təşkil edilmişdir.
Saytımıza xoş gəlmişsiniz !
 
Bakının tarixi özəyi olan «İçəri şəhəri»-in ən yüksək təpəsi üzərində yerləşən, «Daşlar üzərində donub qalmış simfoniya», «Yatmış qu quşu», «Xəzər dənizinin mirvarisi» adlarını daşıyan Şirvanşahlar Sarayı Azərbaycan torpağının son dərəcə gözəl, nadir memarlıq incilərindən, milli dəyərlərindən biridir. Bədii düha və xalq sənətkarlığının incəliklərindən bəhrələnmiş Azərbaycan saray inşaatının ən dəyərli nümunəsi olan, dövlətçilik rəmzimiz - Şirvanşahlar Sarayı xalqımızın maddi və mənəvi mədəniyyətinin qızıl fondudur.
      Şirvanşahlar Sarayı Kompleksi 1957-ci il aprelin 23-də Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı sərəncamı ilə qoruq elan edilmişdir.
"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi - memarlıq qoruq - muzeyi 1964-cü ilin yanvar ayının 3-də Nazirlər Sovetinin 3 saylı sərəncamı ilə yaradılmışdır.
"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi - memarlıq qoruq - muzeyinin 1964-cü ildən fəaliyyət göstərən «Qız Qalası» adlı filialı mövcuddur.
 
» daha ətraflı