muzey kompleksinə daxil olan
Abidələr
 
fond materiallarının
    unikal
Kolleksiyası
 
İş rejimi
Hər gün: 1000 - 1800
Biletləri
kassadan ala bilərsiniz
 



Xəbərlər
15.05.2012
Saray binasının II mərtəbəsindəki ziyafət zalında Azərbaycanın tanınmış memarları - Ə.Salamzadə, E.Kanukov və E.Avalovun saray binasının interyerinin eskiz layihələrindən tərtib edilmiş sərgi tamaşaçılara təqdim edilmişdir.
18.04.2012
18 aprel Abidələr və Tarixi Yerlər Günü münasibətilə qoruq-muzeydə “Abidələrimiz tariximizdir” adlı tədbir keçirilmiş, “Açıq qapı” günü elan edilmişdir.  Tədbirin auditoriyasını məktəblilər, habelə ali təhsil ocaqlarının tələbələri təşkil etmişdir. Həmin gün ...
31.03.2012
31 Mart - 2 Aprel 1918-ci il hadisələrinin anım günü keçirilmiş, həmin gün qoruq-muzeyə gələn ziyarətçilərə Azərbaycanlıların soyqırımına dair məlumat verilmişdir.
19.03.2012
"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi-memarlıq qoruq-muzeyinin müdiriyyəti zəngin mədəniyyətimizi adət-ənənələrimizdə yaşadan ən əziz bayramlarımızdan biri - 2009-cu ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Novruz bayramı ilə əlaqədar martın 18-i, saat 12:00-da tədbir keçirmişdir. “İrs” folklor ansamblının heyəti ...
26.02.2012
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni azğınları tərəfindən törədilmiş XOCALI soyqırımının 20-ci anım günü Şirvanşahlar Sarayında fevralın 23-ü keçirilmişdir. Ssenari müəllifi və rejissoru əməkdar artist, dosent Mahirə Yaqubovanın real faktlar əsasında hazırladığı “Gözü yolda Xocalım...” adlı səhnələşdirilmiş tamaşa- kompozisiya İncəsənət Universitetinin müəllim-tələbə heyəti tərəfindən səhnələşdirilmişdir.
 
 
 
      Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ilin Novruz şənliklərində «İçəri şəhər»ə gəlişi Şirvanşahlar Sarayına yeni nəfəs vermiş oldu. Elm, incəsənət xadimləri ilə görüşən H.Əliyev cənabları Şirvanşahlar Sarayında gedən bərpa işləri ilə tanış olmuş, bərpanın böyük əhəmiyyətini və  vacibliyini nəzərə alaraq,  bu işlərin sürətləndirilməsi üçün Azərbaycan Respublikası Hökumətinə lazımi tapşırıqlar vermişdir. Məhz bu tapşırıqlar nəticəsində 31 may 1999- cu il tarixində Azərbaycan Respublikasının hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış Kredit Sazişinə əsasən, Dünya Bankı dörd memarlıq abidəmizin – «Möminə xatın», «Qarabağlar» türbələri, Şəki xan sarayı və Şirvanşahlar Sarayının bərpasına kredit ayırmışdır.
 
» daha ətraflı