muzey kompleksinə daxil olan
Abidələr
 
fond materiallarının
    unikal
Kolleksiyası
 
İş rejimi
Hər gün: 1000 - 1800
Biletləri
kassadan ala bilərsiniz
 



Şirvanşahlar Sarayının bərpasında Ümummilli lider Heydər Əliyevin rolu
 
      Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ilin Novruz şənliklərində «İçəri şəhər»ə gəlişi Şirvanşahlar Sarayına yeni nəfəs vermiş oldu. Elm, incəsənət xadimləri ilə görüşən H.Əliyev cənabları Şirvanşahlar Sarayında gedən bərpa işləri ilə tanış olmuş, bərpanın böyük əhəmiyyətini və  vacibliyini nəzərə alaraq,  bu işlərin sürətləndirilməsi üçün Azərbaycan Respublikası Hökumətinə lazımi tapşırıqlar vermişdir. Məhz bu tapşırıqlar nəticəsində 31 may 1999- cu il tarixində Azərbaycan Respublikasının hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış Kredit Sazişinə əsasən, Dünya Bankı dörd memarlıq abidəmizin – «Möminə xatın», «Qarabağlar» türbələri, Şəki xan sarayı və Şirvanşahlar Sarayının bərpasına kredit ayırmışdır. Şirvanşahlar Sarayının II mərtəbəsinin bərpası üzrə elan edilmiş tenderdə italyan kampaniyası «Impresa Pouchain» qalib gəlmiş, bu işlərin görülməsi məqsədi ilə onunla 2002-ci ilin fevralında müddəti 2 il 3 ay olan kontrakt imzalanmışdır. Beynəlxalq İnkişaf Assosiasiyası bütün bu işlərin koordinasiya edilməsi məqsədilə Mədəni İrsin Qorunması Layihəsinin İşçi Qrupunu yaratmışdır. Bərpa işləri mərhum memar-professor Niyazi Rzayevin tərtib etmiş olduğu layihə əsasında həyata keçirilmişdir.
               5 noyabr 2004-cü il tarixində XV əsr mədəni irsimizin tacı olan Şirvanşahlar Sarayının II mərtəbəsinin başa çatmış bərpasının təqdimat mərasimi keçirilmişdir.
      Divanxananın konservasiya layihəsinin hazırlanması və ilkin tədqiqatlar üzrə keçirilmiş tenderdə İtaliyanın «İl Cenacolo» şirkəti qalib gəlmişdir. Hər şeydən əvvəl, bu şirkət tərəfindən Divanxananın statik və ümumtexniki müayinəsi aparılmış, abidənin texniki vəziyyətini öyrənmək üçün divarlardan, günbəzdən nümunələr götürülmüş, Divanxana divarlarının daxili nəmliyi, bəzi yerlərdə daşların duzlaşmasına səbəb olan amillər öyrənilmişdir. Bu işlər yerinə yetirildikdən sonra Divanxanada aparılacaq konservasiya işləri tenderdə qalib gəlmiş başqa bir şirkətə -- «Arte Restauro»-ya həvalə edilmişdir.
      21.07.2003-cü il tarixində XV əsr mədəni irsimizin şah əsərlərindən biri olan Divanxananın başa çatmış konservasiyasının təqdimatı keçirilmişdir.
 
 
 
Saytımıza xoş gəlmişsiniz !
 
Bakının tarixi özəyi olan «İçəri şəhəri»-in ən yüksək təpəsi üzərində yerləşən, «Daşlar üzərində donub qalmış simfoniya», «Yatmış qu quşu», «Xəzər dənizinin mirvarisi» adlarını daşıyan Şirvanşahlar Sarayı Azərbaycan torpağının son dərəcə gözəl, nadir memarlıq incilərindən, milli dəyərlərindən biridir. Bədii düha və xalq sənətkarlığının incəliklərindən bəhrələnmiş Azərbaycan saray inşaatının ən dəyərli nümunəsi olan, dövlətçilik rəmzimiz - Şirvanşahlar Sarayı xalqımızın maddi və mənəvi mədəniyyətinin qızıl fondudur.
      Şirvanşahlar Sarayı Kompleksi 1957-ci il aprelin 23-də Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı sərəncamı ilə qoruq elan edilmişdir.
"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi - memarlıq qoruq - muzeyi 1964-cü ilin yanvar ayının 3-də Nazirlər Sovetinin 3 saylı sərəncamı ilə yaradılmışdır.
"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi - memarlıq qoruq - muzeyinin 1964-cü ildən fəaliyyət göstərən «Qız Qalası» adlı filialı mövcuddur.
 
» daha ətraflı