muzey kompleksinə daxil olan
Abidələr
 
fond materiallarının
    unikal
Kolleksiyası
 
İş rejimi
Hər gün: 1000 - 1800
Biletləri
kassadan ala bilərsiniz
 



Səbayıl kitabələri
 
     Qoruq-muzeyin orta həyətində sərgilənən Səbayıl kitabələrinin Şirvanşahlar Sarayı ilə birbaşa əlaqəsi vardır. Bütün bu daş kitabələr Bakı buxtasından, suyun altından çıxarılmışdır.Bakı buxtasında, sahildən təxminən 300 metr aralı kiçik bir ada vardır. Orta əsrlərdə bu ada üzərində qəsr inşa edilmişdir. Salnamələrin verdiyi məlumatlara görə, 1306-cı ildə dənizdə güclü zəlzələ baş vermiş, suyun səviyyəsi qəflətən yuxarı qalxdığı üçün ada və onun üzərindəki qəsr suyun altında qalmışdır. Yalnız XVIII əsrdən dəniz suyunun səviyyəsi aşağı düşməyə başlamış və bu prosses XX əsrin əvvəllərinə qədər davam etmişdir. 30 il müddətində -- 1939-cu ildən 1969-cu ilə qədər suyun altında arxeoloji tədqiqat işləri aparılmış, məlum olmuşdur ki, uzun əsrlər suyun altında qaldığından qəsr dağılmış, onun təkcə özülləri və epiqrafik abidələri qalmışdır. Onların hündürlüyü 70, eni 25-50, qalınlığı isə 12-15 sm-dir. Suyun altından 699 ədəd epiqrafik abidə tapılmışdır. On beş yarımdairəvi bürclə əhatə olunmuş qəsrin uzunluğu 180, eni isə 40 m-dir. Səbayıl kitabələri qəsrin xarici divarlarının yuxarısında, sanki bir kəmər kimi dövrələnmişdir. Daş kitabələr üzərindəki yazılar ərəb qrafikası ilə əsasən fars dilində həkk edilmişdir.
     Qalanın tikilməsi vaxtının I göstəricisi divarın hörgüsündən tapılmış, XIII əsrin I rübündə zərb edilmiş şirvanşah III Fəriburzun sikkələri olmuşdur. Şirvanşah III Fəriburz 1225-1243-cü illərdə hökmranlıq etmişdir və qalanın tikilib başa çatdırılması vaxtı onun hakimiyyət illərinə düşür. Arxeoloji tədqiqatlar zamanı 632 hicri tarixli (1234-1235) yazı parçası tapılmışdır.Məlum olmuşdur ki, qəsrin memarının adı Əbdülməcid, epiqrafik abidələrinin müəllifinin -- xəttatın adı isə ustad Zeynəddin bin Əburəşiddir. Səbayıl qəsri təyinatına görə, dəniz müdafiə qalası olmuşdur.

 

 

 

 

 

 

 
 
 
Saytımıza xoş gəlmişsiniz !
 
Bakının tarixi özəyi olan «İçəri şəhəri»-in ən yüksək təpəsi üzərində yerləşən, «Daşlar üzərində donub qalmış simfoniya», «Yatmış qu quşu», «Xəzər dənizinin mirvarisi» adlarını daşıyan Şirvanşahlar Sarayı Azərbaycan torpağının son dərəcə gözəl, nadir memarlıq incilərindən, milli dəyərlərindən biridir. Bədii düha və xalq sənətkarlığının incəliklərindən bəhrələnmiş Azərbaycan saray inşaatının ən dəyərli nümunəsi olan, dövlətçilik rəmzimiz - Şirvanşahlar Sarayı xalqımızın maddi və mənəvi mədəniyyətinin qızıl fondudur.
      Şirvanşahlar Sarayı Kompleksi 1957-ci il aprelin 23-də Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı sərəncamı ilə qoruq elan edilmişdir.
"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi - memarlıq qoruq - muzeyi 1964-cü ilin yanvar ayının 3-də Nazirlər Sovetinin 3 saylı sərəncamı ilə yaradılmışdır.
"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi - memarlıq qoruq - muzeyinin 1964-cü ildən fəaliyyət göstərən «Qız Qalası» adlı filialı mövcuddur.
 
» daha ətraflı