muzey kompleksinə daxil olan
Abidələr
 
fond materiallarının
    unikal
Kolleksiyası
 
İş rejimi
Hər gün: 1000 - 1800
Biletləri
kassadan ala bilərsiniz
 



Saray ovdanı
 
      Şirvanşahlar Sarayı Kompleksinin tərkibinə daxil olan ovdan Abşeron yarmadasındakı ən iri ovdanlardan biridir. Hələ qədimdən xalq arasında «Şah ovdanı» adı ilə məşhur olmuş bu yeraltı su anbarı -- ovdan, nəinki sarayı, həm də qədim şəhərin əhalisini içməli su ilə təchiz edirdi.
      Su ovdana çeşmələrdən çəkilmiş kəhriz su sistemi vasitəsi ilə daxil olurdu.
      Saray şairi Bədr Şirvaninin «Divan»ına əsasən, ovdanın bünövrəsini hicri təqvimi ilə 840-cı ildə, miladi təqvim ilə 1436/37-ci ildə Şirvanşah Sultan Xəlilullah qoydurmuşdur.
 
 
 
Saytımıza xoş gəlmişsiniz !
 
Bakının tarixi özəyi olan «İçəri şəhəri»-in ən yüksək təpəsi üzərində yerləşən, «Daşlar üzərində donub qalmış simfoniya», «Yatmış qu quşu», «Xəzər dənizinin mirvarisi» adlarını daşıyan Şirvanşahlar Sarayı Azərbaycan torpağının son dərəcə gözəl, nadir memarlıq incilərindən, milli dəyərlərindən biridir. Bədii düha və xalq sənətkarlığının incəliklərindən bəhrələnmiş Azərbaycan saray inşaatının ən dəyərli nümunəsi olan, dövlətçilik rəmzimiz - Şirvanşahlar Sarayı xalqımızın maddi və mənəvi mədəniyyətinin qızıl fondudur.
      Şirvanşahlar Sarayı Kompleksi 1957-ci il aprelin 23-də Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı sərəncamı ilə qoruq elan edilmişdir.
"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi - memarlıq qoruq - muzeyi 1964-cü ilin yanvar ayının 3-də Nazirlər Sovetinin 3 saylı sərəncamı ilə yaradılmışdır.
"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi - memarlıq qoruq - muzeyinin 1964-cü ildən fəaliyyət göstərən «Qız Qalası» adlı filialı mövcuddur.
 
» daha ətraflı