muzey kompleksinə daxil olan
Abidələr
 
fond materiallarının
    unikal
Kolleksiyası
 
İş rejimi
Hər gün: 1000 - 1800
Biletləri
kassadan ala bilərsiniz
 



Toqqa
 
Tarixi :XIX əsr
Ölçüsü : 24 sm. x 18 sm.
Təsviri : Gümüş toqqa bağlı vəziyyətdə düzbucaqlı formasındadır. Dairəsinin  diametri 9 sm olan mərkəzinin ortasında dəyirmi formalı, nəfis ornamentli çıxıntı vardır. Bu dəyirmi formalı,   nəfis ornamentli çıxıntının üzərinə çəhrayı rəngli əqiq daşı oturdulmuşdur. Onun ətrafına, eləcə də 3 firuzə, 3 yaqut daşı bərkidilmişdir. Kənarlarında zərgər işi olan lentvari ornament gedir. Toqqanın sağ və sol tərəfində 1 orta və 4 kiçik dəyirmi formalı,   nəfis ornamentli çıxıntı yerləşdirilmişdir. Toqqanın hər iki tərəfi nəbati ornament şəklində savatlanmışdır. Onun hər iki yan tərəfində qəpiklər asılmışdır; birində 5 ədəd 20 qəpiklik , o birində 4 ədəd.
Mühafizəvəziyyəti : Bəzi yerlərdə səthi kirlənmişdir. Qəpiklər sürtülmüşdür. Sağ tərəfdəki asma bəzəklərdən biri yoxdur.
Təşkilat : "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi - memarlıq qoruq - muzeyi

Toqqa
 
 
Saytımıza xoş gəlmişsiniz !
 
Bakının tarixi özəyi olan «İçəri şəhəri»-in ən yüksək təpəsi üzərində yerləşən, «Daşlar üzərində donub qalmış simfoniya», «Yatmış qu quşu», «Xəzər dənizinin mirvarisi» adlarını daşıyan Şirvanşahlar Sarayı Azərbaycan torpağının son dərəcə gözəl, nadir memarlıq incilərindən, milli dəyərlərindən biridir. Bədii düha və xalq sənətkarlığının incəliklərindən bəhrələnmiş Azərbaycan saray inşaatının ən dəyərli nümunəsi olan, dövlətçilik rəmzimiz - Şirvanşahlar Sarayı xalqımızın maddi və mənəvi mədəniyyətinin qızıl fondudur.
      Şirvanşahlar Sarayı Kompleksi 1957-ci il aprelin 23-də Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı sərəncamı ilə qoruq elan edilmişdir.
"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi - memarlıq qoruq - muzeyi 1964-cü ilin yanvar ayının 3-də Nazirlər Sovetinin 3 saylı sərəncamı ilə yaradılmışdır.
"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi - memarlıq qoruq - muzeyinin 1964-cü ildən fəaliyyət göstərən «Qız Qalası» adlı filialı mövcuddur.
 
» daha ətraflı