muzey kompleksinə daxil olan
Abidələr
 
fond materiallarının
    unikal
Kolleksiyası
 
İş rejimi
Hər gün: 1000 - 1800
Biletləri
kassadan ala bilərsiniz
 



Saray hamamı
 
      Şah ailəsinə mənsub olmuş bu hamam 1939-cu ildə aparılmış arxeoloci qazıntı işləri zamanı torpağın altından aşkar edilmişdir. O, 1953-cü ildə qismən torpaqdan təmizlənmiş, 1961 və 2005-ci illərdə isə konservasiya edilmişdir.
      Saray hamamı bütün orta əsr şərq hamamlarının səciyyəvi xüsusiyyətini özündə daşımışdır. Hamam yarı-yerin altında, yarı-yerin üstündə inşa edilməklə, qışda istiliyi, yayda isə sərinliyi qoruyub saxlamışdır. Səyahətçilərin şəhadətinə görə, hamam həm daxildən, həm də xaricdən yaxşı bəzədilibmiş. Bunu otaqların birinin divarlarında qorunub saxlanmış əlvan rəngli kaşı parçaları da təsdiqləyir. Su «xəznə» adlanan su tutumu yerlərindən yuyunma otaqlarına bir-birinə paralel şəkildə çəkilmiş 2 saxsı boru vasitəsilə paylanırdı. Bəzi yerlərdə qismən qorunub saxlanmış bu boruların birindən «külxana» otağında qızdırılmış isti su, digərindən isə soyuq su keçirdi. Hamamın isidilməsi yuyunma bölməsinin döşəməsi aaltından, eləcə də divar qalınlığından keçən buxar kanalları vasitəsilə həyata keçirilirdi.
      Saray alimi Bədr Şirvaninin «Divan»ına əsasən, hamamın əsası hicri 840-cı (1438-ci) ildə qoyulmuşdur. 
 

 

 

 
 
 
Saytımıza xoş gəlmişsiniz !
 
Bakının tarixi özəyi olan «İçəri şəhəri»-in ən yüksək təpəsi üzərində yerləşən, «Daşlar üzərində donub qalmış simfoniya», «Yatmış qu quşu», «Xəzər dənizinin mirvarisi» adlarını daşıyan Şirvanşahlar Sarayı Azərbaycan torpağının son dərəcə gözəl, nadir memarlıq incilərindən, milli dəyərlərindən biridir. Bədii düha və xalq sənətkarlığının incəliklərindən bəhrələnmiş Azərbaycan saray inşaatının ən dəyərli nümunəsi olan, dövlətçilik rəmzimiz - Şirvanşahlar Sarayı xalqımızın maddi və mənəvi mədəniyyətinin qızıl fondudur.
      Şirvanşahlar Sarayı Kompleksi 1957-ci il aprelin 23-də Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı sərəncamı ilə qoruq elan edilmişdir.
"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi - memarlıq qoruq - muzeyi 1964-cü ilin yanvar ayının 3-də Nazirlər Sovetinin 3 saylı sərəncamı ilə yaradılmışdır.
"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi - memarlıq qoruq - muzeyinin 1964-cü ildən fəaliyyət göstərən «Qız Qalası» adlı filialı mövcuddur.
 
» daha ətraflı