muzey kompleksinə daxil olan
Abidələr
 
fond materiallarının
    unikal
Kolleksiyası
 
İş rejimi
Hər gün: 1000 - 1800
Biletləri
kassadan ala bilərsiniz
 



Seyid Yəhya Bakuvi türbəsi
 
      Xalq arasında «Dərviş» türbəsi kimi tanınan Seyid Yəhya Bakuvi məqbərəsi saray kompleksinin cənub həyətində yerləşir.
      Mənbələr məlumat verir ki, Bakuvi Şirvanşah Xəlilullahın sarayında saray alimi olmuşdur. Şamaxı şəhərində anadan olmuş Seyid Yəhya gənc yaşlarından sufizmin «xəlvəti» təriqətinin başçısı Şeyx Sədrəddinin tərəfdarına çevrilmişdir. Şeyx Sədrəddinin ölümündən sonra Seyid Yəhya Bakuvi Bakıya gəlir və son günlərinədək sarayda yaşayır. Mənbələrin şəhədətinə görə, o, hicri tarixi ilə 868-ci ildə (miladi tarixi ilə 1464-cü ildə) vəfat etmişdir. Ehtimal olunur ki, o, saray kompleksinin ərazisində dəfn edilmişdir. Seyid Yəhya Bakuvinin sufi-mistik xarakterli təxminən 30 adda əsəri bizim günlərə qədər gəlib çatmışdır.
      2003-cü ildə abidədə bərpa işləri aparılmışdır.
 

 

 
 
 
Saytımıza xoş gəlmişsiniz !
 
Bakının tarixi özəyi olan «İçəri şəhəri»-in ən yüksək təpəsi üzərində yerləşən, «Daşlar üzərində donub qalmış simfoniya», «Yatmış qu quşu», «Xəzər dənizinin mirvarisi» adlarını daşıyan Şirvanşahlar Sarayı Azərbaycan torpağının son dərəcə gözəl, nadir memarlıq incilərindən, milli dəyərlərindən biridir. Bədii düha və xalq sənətkarlığının incəliklərindən bəhrələnmiş Azərbaycan saray inşaatının ən dəyərli nümunəsi olan, dövlətçilik rəmzimiz - Şirvanşahlar Sarayı xalqımızın maddi və mənəvi mədəniyyətinin qızıl fondudur.
      Şirvanşahlar Sarayı Kompleksi 1957-ci il aprelin 23-də Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı sərəncamı ilə qoruq elan edilmişdir.
"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi - memarlıq qoruq - muzeyi 1964-cü ilin yanvar ayının 3-də Nazirlər Sovetinin 3 saylı sərəncamı ilə yaradılmışdır.
"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi - memarlıq qoruq - muzeyinin 1964-cü ildən fəaliyyət göstərən «Qız Qalası» adlı filialı mövcuddur.
 
» daha ətraflı