muzey kompleksinə daxil olan
Abidələr
 
fond materiallarının
    unikal
Kolleksiyası
 
İş rejimi
Hər gün: 1000 - 1800
Biletləri
kassadan ala bilərsiniz
 



Saray məscidi
 
      Şah məscidi kompleksin aşağı həyətində yerləşir. Məsciddə iki ibadət zalı vardır, böyük ölçülərdə olan zal şah və onun əyanları üçün, kiçik ölçülərdə olan isə saray qadınları üçün nəzərdə tutulmuşdur.
      Məscidin mərkəzi zalının yuxarı künclərinə dar boğazları içəriyə -- zala doğru yönəldilmiş böyük gil küplər hörülmüşdür. Bu, bir tərəfdən özünəməxsus səsgücləndirici rol oynayır, digər tərəfdən isə seysmik konstruktiv-inşaat üsuludur. Məscidin mərkəzi zalının cənub divarında mehrab yerləşir.
      Məsciddəki müxtəlif forma və təyinatlı oyuqlar namaz xalçaları, çıraqlar, quran kitabları və təsbehlərin qoyulması üçün istifadə edilirdi.
      Məscid minarəsinin stalaktit kəməri altındakı yazıda bu məscidin şirvanşah Xəlilullahın əmri ilə h. 845-ci, miladi təqvimlə isə 1441-ci ildə inşa edildiyi göstərilir.
      2006 – cı ildə saray məscidində bərpa işləri aparılmışdır.
 

 

 

 

 

 

 
 
 
Saytımıza xoş gəlmişsiniz !
 
Bakının tarixi özəyi olan «İçəri şəhəri»-in ən yüksək təpəsi üzərində yerləşən, «Daşlar üzərində donub qalmış simfoniya», «Yatmış qu quşu», «Xəzər dənizinin mirvarisi» adlarını daşıyan Şirvanşahlar Sarayı Azərbaycan torpağının son dərəcə gözəl, nadir memarlıq incilərindən, milli dəyərlərindən biridir. Bədii düha və xalq sənətkarlığının incəliklərindən bəhrələnmiş Azərbaycan saray inşaatının ən dəyərli nümunəsi olan, dövlətçilik rəmzimiz - Şirvanşahlar Sarayı xalqımızın maddi və mənəvi mədəniyyətinin qızıl fondudur.
      Şirvanşahlar Sarayı Kompleksi 1957-ci il aprelin 23-də Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı sərəncamı ilə qoruq elan edilmişdir.
"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi - memarlıq qoruq - muzeyi 1964-cü ilin yanvar ayının 3-də Nazirlər Sovetinin 3 saylı sərəncamı ilə yaradılmışdır.
"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi - memarlıq qoruq - muzeyinin 1964-cü ildən fəaliyyət göstərən «Qız Qalası» adlı filialı mövcuddur.
 
» daha ətraflı