muzey kompleksinə daxil olan
Abidələr
 
fond materiallarının
    unikal
Kolleksiyası
 
İş rejimi
Hər gün: 1000 - 1800
Biletləri
kassadan ala bilərsiniz
 



Şirvanşahlar türbəsi
 
      Şirvanşahların ailəvi türbəsi hicri 839-cu, miladi təqvimlə isə 1435-ci ildə Şirvanşah Xəlilullahın tapşırığı ilə memar Məhəmməd Əli tərəfindən Şirvanşahın anası Bikə xanım və 6 yaşlı oğlu Fərrux Yəminin dəfni üçün inşa edilmişdir. Sonradan türbədə Şirvanşah Xəlilullahın özü, zövcəsi Xanikə Sultan, oğlanlarından Məhəmməd İbrahim, Əmir Bəhram, Şeyx Saleh torpağa tapşırılmışdır.
      1946-cı ildə abidədə arxeoloji tədqiqat işləri aparılarkən, qəbirlərdən bəzi əşyalar tapılmışdır.Bu əşyalar qazıntı işlərini bilavasitə həyata keçirmiş «Azərbaycan Tarixi» muzeyində saxlanılır.
      Türbədə 2002- 2003-cü illərdə bərpa işləri aparılmışdır.
 

 

 

 

 
 
 
Saytımıza xoş gəlmişsiniz !
 
Bakının tarixi özəyi olan «İçəri şəhəri»-in ən yüksək təpəsi üzərində yerləşən, «Daşlar üzərində donub qalmış simfoniya», «Yatmış qu quşu», «Xəzər dənizinin mirvarisi» adlarını daşıyan Şirvanşahlar Sarayı Azərbaycan torpağının son dərəcə gözəl, nadir memarlıq incilərindən, milli dəyərlərindən biridir. Bədii düha və xalq sənətkarlığının incəliklərindən bəhrələnmiş Azərbaycan saray inşaatının ən dəyərli nümunəsi olan, dövlətçilik rəmzimiz - Şirvanşahlar Sarayı xalqımızın maddi və mənəvi mədəniyyətinin qızıl fondudur.
      Şirvanşahlar Sarayı Kompleksi 1957-ci il aprelin 23-də Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı sərəncamı ilə qoruq elan edilmişdir.
"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi - memarlıq qoruq - muzeyi 1964-cü ilin yanvar ayının 3-də Nazirlər Sovetinin 3 saylı sərəncamı ilə yaradılmışdır.
"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi - memarlıq qoruq - muzeyinin 1964-cü ildən fəaliyyət göstərən «Qız Qalası» adlı filialı mövcuddur.
 
» daha ətraflı